"Qarabağ"ın yarımmüdafiəçisi Kadi Borges Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Almaniyanın "Frayburq" komandasına qarşı keçirdikləri oyunu şərh edib.

"Qarabağ"ın yarımmüdafiəçisi Kadi Borges Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Almaniyanın "Frayburq" komandasına qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
 
"Komandamın oyunu ilə qürur duyuram. Avroliqada sonuncu matça qədər qrupdan çıxmaq üçün şanslarımızı saxladıq və mübarizə apardıq. Bu görüş haqqında onu deyə bilərəm ki, belə matçların taleyini detallar həll edir. çoxlu qol vəziyyətləri yaratsaq da, təəssüf ki, bunlardan istifadə edə bilmədik. Rəqib isə əlinə düşən şansdan yararlandı. Reallıq budur ki, biz Konfrans Liqasında oynayacağıq. Gözləyəcəyik ki, görək, bəxtimizə hansı komanda çıxacaq. Ona uyğun hazırlaşacağıq".
 
Braziliyalı futbolçu ələ düşən şanslardan yararlana bilməməsi ilə bağlı danışarkən bunun səbəbini sözlə ifadə etməkdə çətinlik çəkdiyini bildirib:
 
"Bəzən hər şeyi doğru edirsən, amma qol vurmaq alınmır. Bilmirəm bunu necə izah edim. Bəlkə texniki səbəblərə görə alınmır, bəlkə bəxtim gətirmir. Bunu sözlə ifadə edə bilməyəcəm. Oyun zamanı bəzən olur ki, yanlış qərar verirsən, amma bu, yekunda qolla nəticələnir. Bəzən isə əksinə olur. Tək çıxış yolu çoxlu işləməkdir. Daha çox işləməli, daha çox məşq etməliyik ki, uğurlu olaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest