04 Noyabr 2022, 10:43
AVROPA LİQASI
"Qarabağ"ın hücumçusu Kvabena Ovusu Avropa Liqasının qrup mərhələsində çərviçəyə ən çox dəqiq zərbə endirən oyunçudur. Matc.az xəbər verir ki, 25 yaşlı hücumçu 14 dəfə buna nail olub. Bunlardan üçü qolla nəticələnib.

Ağdam təmsilçisinin müdafiəçisi Bəhlul Mustafazadə isə ən çox top qazanan futbolçuların siyahısında yer alıb. Müdafiəçi Fransa "Monako"sundan Aksel Disasi ilə birlikdə 4-5-ci yerləri bölüşdürür. Hər iki oyunçu 43 dəfə topu rəqiblərdən "oğurlaya" bilib.
Xatırladaq ki, "Qarabağ" Avroliqanın qrup mərhələsinin 6-cı turunda Bakıda Almaniyanın "Frayburq" komandası ilə heç-heçə oynayıb - 1:1. Komanda bu nəticədən sonra G qrupunu 8 xalla üçüncü sırada başa vuraraq turnirlə vidalaşıb. Azərbaycan çempionu Avropa Konfrans Liqasının pley-offunda mübarizə aparacaq.