Futbol üzrə Ukrayna Premyer Liqasında 11-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi "Aleksandriya" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv "Kolos"la ev oyunundan qələbə ilə ayrılıb – 4:1. Mustafayev bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
"Aleksandriya" 11 turdan sonra 20 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest