Bu gün Avropa Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi bəlli olub.

Tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayıb. Avropa Liqasında G qrupunu üçüncü sırada bitirən Ağdam təmsilçisi Konfrans Liqasında öz qruplarında ikinci yeri tutmuş 8 komandadan biri ilə görüşə bilərdi. Azərbaycan çempionunun bəxtinə Belçika "Gent"i düşüb.

Pley-offun ilk oyunları 2023-cü il fevralın 16-da, cavab matçları isə fevralın 23-də keçiriləcək. "Qarabağ" bütün səpələnməmişlər kimi ilk oyunu evdə keçirəcək.

Avropa Konfrans Liqası
Pley-off mərhələsi

Qarabağ (Azərbaycan) - Gent (Belçika)
Trabzonspor (Türkiyə) - Bazel (İsveçrə)
Latsio (İtaliya) - CFR (Rumıniya)
Bodo Qlimt (Norveç) - Lex (Polşa)
Braqa (Portuqaliya) - Fiorentina (İtaliya)
AEK (Larnaka, Kipr) - Dnepr-1 (Ukrayna)
Şerif (Moldova) - Partizan (Serbiya)
Ludoqorets (Bolqarıstan) - Anderlext (Belçika)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest