Futbol üzrə Niderland birinci divizionunda 14-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Utrext"in ikinci komandası ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.
 
Ozan da bu görüşün iştirakçısı olub. O, oyuna start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib.
 
"Eyndhoven" hazırda 26 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest