Futbol üzrə Almaniya 3-cü liqasında 16-cı turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi "Ersgebirge" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv evdə "Duysburq"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
 
Nazarov da bu matçin iştirakçısı olub. O, 38-ci dəqiqədə meydana buraxılıb.
 
"Ersgebirge" hazırda 11 xalla 20 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest