29 Noyabr 2022, 11:53
DÇ-2026
Portuqaliyanın prezidenti Marselo Rebelo de Souza futbol üzrə milli komandanın Dç-2022-nin ikinci turunun Uruqvay üzərində qələbəsindən (2:0) danışıb. Matc.az xəbər verir ki, ölkə rəhbəri komandanın qələbəyə layiq oynadığını bildirib:
"Möhtəşəm matç oldu. Biz Uruqvayı məğlub edə bildik. Bu dəfə hər şey çox yaxşı keçdi. Komanda gözəl oyun nümayiş etdirdi və qələbəyə layiq idi. Bu, ölkə üçün böyük sevincdir".
H qrupuna 6 xalla Portuqaliya yığması başçılıq edir. Onlar pley-off mərhələsinə vəsiqəni təmin etməyi bacarıb. Qana ikinci, Cənubi Koreya üçüncü, Uruqvay isə sonuncu pillədə yer alır.
Dekabrın 2-də Uruqvay Qana ilə, Portuqaliya isə Cənubi Koreya ilə üz-üzə gələcək.