Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində İran millisinin Uelsi məğlub etməsi (2:0) münasibətilə bu ölkədə 709 məhkum azadlığa buraxılıb.
 
Matc.az xəbər verir ki, bu barədə İranın Ədliyyə İdarəsinin rəhbəri Qulamhüseyn Möhsini Ejeyi sərəncam imzalayıb. Sərəncam ölkənin 12 vilayətindəki cəzaçəkmə müəssisələrinə şamil edilib.
 
İran millisi Dç-2022-nin B qrupunda 3 xalla 2-ci pillədə qərarlaşıb. İranlılar bu gün saat 23:00-da 3-cü tur çərçivəsində ABŞ yığması ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest