ABŞ prezidenti Co Bayden İran millisini minimal hesabla məğlub edən ABŞ yığması haqda danışıb. Matc.az xəbər verir ki, ölkə rəhbəri Dç-2022-nin pley-off mərhələsinə vəsiqə qazanmaq münasibətilə milli komandanı təbrik edib:
 
"Məşqçi və futbolçularla danışanda dedim ki, siz bacaracaqsız. Həqiqətən də, onlar bunu bacardılar. ABŞ birdir, İran sıfırdır! Oyun bitdi!"
 
B qrupunda ABŞ 5 xal toplayaraq, Dç-2022-nin pley-off mərhələsinə adını yazdırıb. Onlar 1/8 finalda Niderland milli komandası ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest