Fransa millisinin qapıçısı Stiv Mandanda Dç-2022-nin qrup mərhələsinin sonuncu matçında meydanda ola bilər. Matc.az Fransa mətbuatına istinadən xəbər verir ki, Mandandaya şans verilərsə, bu, onun Dç-2022-dəki ilk oyunu olacaq.
 
İlk iki görüşdə Fransa yığmasının qapısını komandanın kapitanı Uqo Loris qoruyub. Həmin matçlarda qələbə qazanan fransalılar dünya çempionatının pley-off mərhələsinə vəsiqəni təmin edə biliblər.
 
D qrupunun üçüncü turunun Tunis – Fransa qarşılaşması bu gün keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest