İngiltərə yığması 16 il sonra dünya çempionatının qrup mərhələsini lider kimi bitirib. Matc.az xəbər verir ki, Qaret Sautqeytin komandası buna Dç-2022-nin qrup mərhələsinin üçüncü turunda nail olub. 
 
Sonuncu dəfə İngiltərə millisi bunu 2006-cı ildə bacarıb. Britaniyalılar həmin vaxt 1/4 finalda Portuqaliyaya məğlub olaraq, mübarizəni dayandırmışdılar.
 
İngiltərə yığması Dç-2022-nin pley-off mərhələsində Seneqal millisi ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest