"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 16-cı turu çərçivəsində "Turan Tovuz"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 2:1 hesablı qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Bu turda bir daha gördük ki, çempionatda rahat oyun olmur. Matçın sonları gərgin keçdi. Qələbə münasibəti ilə futbolçularımı təbrik edirəm. Yaxşı oyun nümayiş etdirdilər. "Turan Tovuz" Premyer Liqanın möhkəm komandalarından biridir. Ayxan Abbasovun işlədiyi komandalar hər zaman intizamı və xarakteri ilə seçilir. Ağıllı futbol oynayırlar. özümüzə gəldikdə, oyunboyu hücum etdik, qol epizodlarımız çox idi. Lakin Kamal Bayramovun yaxşı qurtarışları var idi. Bu da, futbolçularımızda gərginlik yaradırdı. Amma nəticə istədiyimiz kimi oldu. Şükürlər olsun ki, çox vacib olan üç xalı qazandıq. Matç heç-heçə bitsəydi də, nümayiş etdirdiyimiz oyundan razı qalacaqdım. Əslində, oyun elə gedirdi ki, heç-heçə bitməliydi. çünki qol imkanlarından yararlanmadıqca, futbolçularda stress yaranır. Yaxşı ki, həmin anda standart vəziyyətdən qol vurduq və futbolçular daha rahat oynamağa başladılar".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest