Misli Premyer Liqasının XVI turunun "Neftçi" – "Qarabağ" oyununu (0:4) 7000 tamaşaçı izləyib. Matc.az xəbər verir ki, bu, mövsümün ikinci göstəricisidir.
 
Yalnız "Sabah" – "Qarabağ" qarşılaşmasında (0:0) daha çox izləyici qeydə alınıb. XIV turun görüşündə 10000 seyrçi olub.
 
Daha 4 matçda 5000 və ya daha çox tamaşaçı olub. III turun "Turan Tovuz" – "Qarabağ" (0:2) oyununda 5800, I turun "Turan Tovuz" – "Qəbələ" (0:2), III turun "Sabah" – "Neftçi" (2:1) qarşılaşmalarında 5500, VI turun "Turan Tovuz" – "Kəpəz" (2:0) görüşündə 5000 seyrçi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest