Fransalı mütəxəssis Arsen Venger Azərbaycan millisinin Aç-2024-ün seçmə mərhələsində yer aldığı qrupu dəyərləndirib. Matc.az xəbər verir ki, FİFA-nın qlobal inkişaf şöbəsinin rəhbəri F qrupunda Avstriya yığmasının şanslarını yüksək qiymətləndirib.
 
Onun fikrincə, adıçəkilən millinin baş məşqçisi Ralf Ranqnik komandanı Avropa çempionatının final mərhələsinə daşıya bilər: "çox balanslı qrup olacaq. Avstriya yığmasının orada şanslarını yüksək görürəm. çünki bu komanda getdikcə güclənir. Baş məşqçiləri Ralf Ranqnik də uzaqgörən insandır. O, Avstriya yığmasını Avropa çempionatına aparmaq yolunda ən doğru məşqçidir. Məncə, hədəfləri də bu olacaq".
 
Xatırladaq ki, Azərbaycan millisi Aç-2024-ün seçmə mərhələsində ilk oyununu 2023-cü il martın 24-də səfərdə Avstriya seçməsinə qarşı keçirəcək. Belçika, İsveç və Estoniya da bu qrupda mübarizə aparacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest