AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif turnirlərlə bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
Futzal üzrə İkinci Liqanın 9-cu turunun "Baku Fire-3" – "Timsport" oyununda "Timsport"un oyunçusu Quliyev Fərid ikinci sarı vərəqə, nəticədə qırmızı vərəqə alandan sonra hakimlərə qarşı davamlı təhqiredici hərəkətlərinə, nalayiq ifadələr işlətdiyinə, zalı tərk etməkdən imtina etdiyinə və buna görə oyunun 3 dəqiqə gec bərpa olunmasına görə 4 oyun cəzalandırılıb.
 
Region Liqasının "Qala" (Şəmkir) - "Göygöl" oyununda "Göygöl"ün futbolçusu Rafik Məmmədzadə oyunun 62-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb. "Göygöl"ün digər futbolçusu Araz Mansurov oyunun 62-ci dəqiqəsində hakimi təhqir etdiyinə, meydandan çıxdıqdan sonra hakimi təhqir etməyə davam etdiyinə və hakimi itələdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb.
 
Region Liqasının "Qusar" FK - "Mübariz" oyununda "Mübariz"in futbolçusu Laçın İsmayılzadə oyunun 68-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb.
 
Region Liqasının "Ağsu-06" – "Ağsu Siti" oyununda "Ağsu Siti" komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyun keçirilmədiyinə görə "Ağsu Siti"yə 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
Region Liqasının "Şirvanovka" – "Bakı Atletik" oyununda "Bakı Atletik" komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyun keçirilmədiyinə görə "Bakı Atletik"ə 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
Region Liqasının "Dirçəliş" – "Rekord" oyununda "Dirçəliş"in futbolçusu Pərviz Əliyev oyunun 79-cu dəqiqəsində kütləvi dava dalaşda iştirak edərək rəqibi vurduğu üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 5 oyun cəzalandırılıb. "Rekord"un futbolçusu Ramiz Qasımov oyunun 79-cu dəqiqəsində kütləvi dava dalaşda iştirak edərək rəqibi vurduğu üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 5 oyun cəzalandırılıb. "Rekord"un futbolçusu Əli Mustafayev oyunun 79-cu dəqiqəsində kütləvi dava dalaşda iştirak edərək rəqibi vurduğu üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 5 oyun cəzalandırılıb.
 
Gənclər Liqasının "Sabah" – "Səbail" oyununda "Sabah"ın futbolçusu Hüseyn Məmmədzadə oyunun 85-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb.
 
Region Liqasının "Batabat" – "Sədərək" oyununda "Sədərək" komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun keçirilməməsi səbəbindən "Sədərək" klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
Region Liqasının "Sədərək" – "Əlincə" oyununun 1-ci hissəsi 0:10 hesabı ilə bitdikdən sonra "Sədərək" komandası oyunun 2-ci hissəsinə çıxmadığına görə oyun bitmədiyi üçün Sədərək klubuna 0:10 hesabı ilə məğlubiyyət verilib.
 
U-15 Liqasının "Neftçi" PFK - "Sumqayıt" oyununda "Neftçi"nin baş məşqçisi Eldəniz Məmmədov oyunun 60-cı dəqiqəsində meydana daxil olaraq köməkçi hakimə etiraz etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılıb.
 
U-13 Liqasının "Sahil" FA – "Dortmund Bakı" oyununda "Dortmund Bakı"nın heyətində yetərsay olmadığı üçün matç baş tutmamağına görə "Dortmund Bakı"ya 0:3 hesabı ilə məğlubiyyət verilib.
 
U-13 Liqasının "Astara" – "Xan Lənkəran" oyununda "Xan Lənkəran" komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun keçirilməməsi səbəbindən "Xan Lənkəran"a 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-13 Liqasının "Quba Olimpiya Kompleksi" – UGİM (Siyəzən) oyununda "Quba Olimpiya Kompleksi"nin baş məşqçisi Emin Əmiraslanov oyunun 24-cü dəqiqəsində meydana daxil olaraq hakimə sərt şəkildə etiraz etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılıb.
 
U-13 Liqasının "Azart" – "Səbail" oyununda "Azart"ın futbolçusu Nicat Ağakişiyev oyun bitdikdən sonra rəqibi ilə dava-dalaşda iştirak etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılıb. "Səbail"in futbolçusu çingiz Məmmədov rəqibi ilə dava-dalaşda iştirak etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılıb.
 
U-13 Liqasının EFA – "Neftçi" PFK oyununda "Neftçi"nin baş məşqçi köməkçisi Alim Qurbanov oyununun 30-cu dəqiqəsində meydana daxil olaraq oyunun rəsmi şəxslərini, baş hakimin şərəf və ləyaqətini təhqir etdiyi, hakimin üstünə tüpürdüyü üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılıb. EFA – "Neftçi" PFK oyununda "Neftçi" azarkeşləri tərəfindən oyun zamanı və oyun bitdikdən sonra AFFA-nın və hakimlərin ünvanına təhqirlər işlədilməsinə görə "Neftçi" klubu növbəti 2 oyunu azarkeşsiz keçirəcək.
 
U-12 Liqasının "Şəmkir" FK – "Qazax Gənclər" oyununda "Qazax Gənclər" komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun keçirilməməsi səbəbindən "Qazax Gənclər" klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-12 Liqasının "Hil" (Qusar) – "Xaçmaz OK" oyununda "Hil"in heyətində yetərsay olmadığı üçün oyun baş tutmamağına görə "Hil"ə 0:3 hesabı ilə məğlubiyyət verilib.
 
U-12 Liqasının "çərəkə" – "Kürdəmir Gİİ" oyununda "Kürdəmir Gİİ" komandasının baş məşqçisi Əfrayıl Həşimov oyununun 47-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılıb.
 
U-12 Liqasının "Baku Sportinq" FK – ROFM oyununda ROFM komandasının baş məşqçisi Pərviz Gözəlov oyunun 7-ci dəqiqəsində texniki zona qaydalarını pozub hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılıb.
 
U-11 Liqasının UGİM (Şabran) – UGİM (Siyəzən) oyununda UGİM (Şabran) klubunun heyətində yetərsay olmadığı üçün oyunun baş tutmamağına görə UGİM (Şabran) komandasına 0:3 hesabı ilə məğlubiyyət verilib.
 
U-11 Liqasının "Binə" – "Sumqayıt" oyununda "Binə" komandasının baş məşqçisi Məmmədəli Ağatalıbov oyunun 24-cü dəqiqəsində texniki zona qaydalarını pozduğuna görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest