Futbol üzrə Portuqaliya millisinin baş məşqçisi Fernando Santos istefaya göndərilib. Matc.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Xatırladaq ki, Santos 2014-cü ildən Portuqaliya yığmasına rəhbərlik edirdi. Komanda bu mütəxəssisin rəhbərliyi altında Aç-2016-nın və 2019-cu ildə Millətlər Liqasının qalibi olub. Hazırda Qətərdə keçirilən Dç-2022-də isə portuqaliyalılar 1/4 finalda Mərakeş millisinə uduzaraq mübarizəni dayandırıblar. Santos bu komandanı meydana çıxardığı 109 oyunda 67 qələbə sevinci yaşayıb, 23 heç-heçəyə nail olub, 19 görüşdə isə məğlubiyyətə üzülüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest