"Arsenal" İngiltərə Premyer Liqasının 19-cu turunda "Nyukasl"la qarşılaşıb. Matc.az xəbər verir ki, bu matçda Mikel Artetanın komandası cari mövsümdə ilk dəfə rəqib qapısına yol tapa bilməyib.
 
"Topçular" bundan əvvəlki oyunların hamısında azı 1 qol vurublar.
 
Xatırladaq ki, "Arsenal"ın meydanında baş tutan "Nyukasl"la qarşılaşma 0:0 hesabıyla yekunlaşıb. London təmsilçisi hazırda 44 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest