Ermənistan yığmasının yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, sözügedən komandanı bundan sonra ukraynalı Aleksandr Petrakov çalışdıracaq. 
 
Bu barədə Ermənistan Futbol Federasiyası məlumat yayıb. Onunla müqavilənin detalları açıqlanmayıb.
 
Petrakovun sonuncu iş yeri Ukrayna yığması olub. O, bu komandadan bir neçə gün öncə ayrılmışdı. 65 yaşlı 2021-ci ildən sözügedən komandaya rəhbərlik edirdi.
 
Petrakovdan əvvəl Ermənistan millisini ispaniyalı Xoakin Kaparros çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest