"Turan Tovuz" heyətini yeni hücumçu ilə gücləndirməyə yaxındır. Matc.az saytının əldə etdiyi məlumata görə, tovuzlular albaniyalı Belaydi Pusini transfer etməyə hazırlaşırlar.
 
Tərəflər demək olar ki, bütün məsələlərdə razılığa gəliblər. 24 yaşlı forvardın transferi yaxın günlərdə rəsmən açıqlana bilər.
 
Belaydi Pusi peşəkar karyerasına "Vlajniya"da başlayıb. Məhz bu klubun yetirməsi olan hücumçu 2020-ci ildən "Skenderbeu"nun uğurları üçün çalışır. 
 
Pusi "Skenderbeu"da 87 oyuna çıxıb. O, bu görüşlərdə 15 qola imza atıb, 4 məhsuldar ötürmə müəllifi olub.
 
XƏYAL

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest