Serbiyalı futbolçu Todor Petroviç karyerasını Azərbaycanda davam etdirməyə yaxındı. Matc.az saytının əldə etdiyi məlumata görə, dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən 28 yaşlı oyunçu "Kəpəz"ə keçməyə hazırlaşır.
 
Bosniya və Herseqovina vətəndaşlığına da malik olan futbolçu karyerasının ilk illərində "Zemun" və "Sopot" kimi komandaların uğurları üçün çalışıb. 2014-cü ilin yanvarında İspaniyanın "Xeres" klubuna keçən yarımmüdafiəçi, yayda yenidən ölkəsinə qayıdıb və "Vozdovaç"la anlaşıb. 
 
O, Ukraynada "Vorskla" (Poltava) , Xorvatiyada "İnter Zapreşiç", Qazaxıstanda "Atırau" klublarının da formasını geyinib. Serbiyanın "Radniçki" (Niş) klubunda da oynamış Petroviç, bu ilin yanvarından azad agent statusuna malikdir.
 
TURAN
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest