"Deşamın kiminlə yaxşı münasibəti var? Şəxsən mən bilmirəm". Matc.az xəbər verir ki, bunu Fransa yığmasının sabiq futbolçusu Emmanuel Petit deyib.

Yığmanın baş məşqçisi Didye Deşam barədə danışan Petitin sözlərinə görə, 1998-ci ildə Fransa millisinin heyətində yer alan futbolçuların heç biri Deşamla ünsiyyət qurmur: "Deşam Desayi ilə ünsiyyət qururmu? Bizimlə əlaqə saxlamır və bu, qarşılıqlıdır. Biz susmaqdan, həqiqəti söyləməkdən yorulmuşuq. Deşam kiminlə danışır? Heç kimlə".

Qeyd edək ki, Deşam Fransa millisi ilə müqaviləsini 2026-cı ilədək uzadıb. Milli onun rəhbərliyi altında 2018-ci ildə dünya çempionu olub, 2022-ci ildə isə dünya çempionatının gümüş medallarını qazanıb.

TURAN

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest