27 Yanvar 2023, 19:27
                
                
                
                                TOP OYUNLARI 
                                
                
               
              
				  
 
	Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında  növbəti oyun keçirilib. Matc.az xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan 3-cü turun son matçında "Murov" və "Xarı bülbül"lə qarşılaşıb.
	Görüş "Murov"un üstünlüyü ilə keçib. İlk hissədə 25:11 hesabı ilə qələbə qazanan Fərid Cəlalovun komandası sonrakı setləri də qalib başa vurub - 25:18, 25:17. 
	Beləliklə, bu oyundan sonra aktivindəki xalların sayını 9-a çatdıran "Murov" turnir cədvəlində liderliyini möhkəmləndirib. "Xarı bülbül" 3 xalla 2-ci, set fərqində "Xarı bülbül"dən geri qalan "Neftçi" 3 xalla üçüncü, MOİK isə sonuncu pilləni tutur.
	Bununla da ilk dövrədən yalnız bir matç keçirilməmiş qalır. 2-ci turdan təxirə salınmış "Xarıbülbül" - "Neftçi" qarşılaşmasının baş tutacağı tarixlə bağlı əlavə məlumat veriləcək.
	Yüksək Liqa
	3-cü tur
	27 yanvar
	Murov - Xarı bülbül 3:0 (25:11, 25:18, 25:17)
				
         	
                                             
               
 
             
 













_1761922707.jpg)

