"Bavariya"nın yarımmüdafiəçisi Marsel Zabitser karyerasını İngiltərədə davam etdirəcək. Matc.az xəbər verir ki, 29 yaşlı hücumameyilli oyunçu "Mançester Yunayted"lə anlaşıb.
 
Klublar arasındakı razılığa əsasən, Avstriya millisinin üzvü mövsümün sonuna qədər "qırmızı şeytanlar"da icarə əsasında çıxış edəcək. Ancaq sözləşmədə futbolçunun birdəfəlik transferi maddəsi yer almayıb. Yəni Zabitser mövsümün sonunda Almaniya klubuna qayıtmalı olacaq.
 
Qeyd edək ki, Marsel bu mövsüm Bundesliqada 15 oyun keçirib.
 
XƏYAL

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest