Samir Əliyevin yetirmələri AVRO-2025-in seçmə mərhələsi çərçivəsində Bakıda ilk matçına isə oktyabrın 12-də çıxacaq. Həmin gün komandamız Şimali İrlandiyanı qəbul edəcək.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib. Matc.az xəbər verir ki, F qrupunda yer alan yığmamız ilk görüşünü sentyabrın 12-də Serbiya səfərində keçirəcək.
 
Samir Əliyevin yetirmələri AVRO-2025-in seçmə mərhələsi çərçivəsində Bakıda ilk matçına isə oktyabrın 12-də çıxacaq. Həmin gün komandamız Şimali İrlandiyanı qəbul edəcək.
 
Azərbaycan millisinin AVRO-2025-in seçmə mərhələsindəki oyunlarının təqvimi:
12 sentyabr: Serbiya – Azərbaycan
12 oktyabr: Azərbaycan – Şimali İrlandiya
17 oktyabr: Azərbaycan – Lüksemburq
21 noyabr: Ukrayna – Azərbaycan
22 mart 2024-cü il: Azərbaycan – İngiltərə
26 mart: Azərbaycan – Ukrayna
6 sentyabr: Lüksemburq – Azərbaycan
12 sentyabr: Azərbaycan – Serbiya
10 oktyabr: Şimali İrlandiya – Azərbaycan
15 oktyabr: İngiltərə – Azərbaycan
 
XƏYAL

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest