"Boli bir neçə konkret təklif aldı. Lakin hamısından imtina etdi. Ona görə də, indiki duruma əsasən "Ferensvaroş"da qalacaq"

"Qarabağ"ın qış fasiləsində transfer etmək istədiyi Frank Boli klubu "Ferensvaroş"da qalacaq. Matc.az xəbər verir ki, bunu Macarıstan klubunun icraçı direktoru Tamaş Haynal deyib.
 
O bildirib ki, Fil Dişi Sahilidən olan 29 yaşlı hücumçu bir neçə klubun diqqət mərkəzində olsa da, təklifləri qəbul etməyib: "Boli bir neçə konkret təklif aldı. Lakin hamısından imtina etdi. Ona görə də, indiki duruma əsasən "Ferensvaroş"da qalacaq".
 
Qeyd edək ki, 2019-cu ildən "Ferensvaroş"da çıxış edən Frank Bolinin mövsümün sonunda azad agent kimi "Qarabağ"a keçidi istisna deyil.
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest