Sabah Misli Premyer Liqasında XXI tura start veriləcək. Matc.az saytının məlumatına görə, turun qarşılaşmaları üç günü əhatə edəcək.

öncə lider "Qarabağ" meydana çıxacaq. Ağdam təmsilçisi Gəncədə yerli "Kəpəz"in qonağı olacaq. çempionatın məğlubedilməz komandası olan "Qarabağ" "Kəpəz" önündə də böyük üstünlüyə malikdi. Təsadüfi deyil ki, Qurban Qurbanovun yetirmələri son 9 görüşdə rəqibini məğlub edib. üstəlik, tərəflərin Gəncədə baş tutan axırıncı 4 matçının hamısında "Kəpəz" qol vurmadan uduzub. Gəncəlilər "Qarabağ" üzərində sonuncu qalibiyyətini düz 21 il əvvəl – 2002-ci ildə əldə edib.

Turun ən diqqətçəkən oyunu fevralın 5-də keçiriləcək. 4-cü yer uğrunda əsas rəqiblər "Zirə" ilə "Qəbələ" birincilərin meydanında üz-üzə gələcək. Rəqibindən 5 xal geri qalan bölgə təmsilçisi iddiasını davam etdirmək üçün mütləq qalib gəlməlidi. Əks təqdirdə, "Zirə" mövqeyini möhkəmlədəcək.

ötən turu qələbə ilə başa vuran "Neftçi" və "Sumqayıt" münasibətlərini aydınlaşdıracaqlar. Turnir cədvəlində 3-cü pillədə qərarlaşan "ağ-qaralar" indi ikinci yerə gözünü dikib. Ancaq bunun üçün aşağı pillələrdə qərarlaşan rəqibini doğma arenasında məğlub etməlidi. "Sumqayıt"ın son 7 görüşdə "Neftçi"yə qalib gələ bilməməsi bakılıların gücündən xəbər verir.

Son gündə əvvəlcə bölgə təmsilçiləri üz-üzə gələcək. Turnir cədvəlində qonşu olan "Turan Tovuz"la "Şamaxı" qarşılaşacaq. İkinci yarıya məğlubiyyətlərlə başlayan tovuzlular bu dəfə də uduzsa, ən azı bir pillə geriləyəcək. Mövsümün ilk iki dövrəsində səfər komandaları qələbə sevinci yaşayıb.

Tura paytaxt təmsilçilərinin dueli ilə yekun vurulacaq. çempionluğa iddia edən "Sabah" ötən turda son pillədən qurtulan "Səbail"i sınağa çəkəcək. çempionatın son 5 matçından 4-də qələbə qazanan və qol buraxmayan "Sabah" ənənəni davam etdirməyə yaxındı. üstəlik, Murad Musayevin yetirmələri ölkə kubokunda onları mübarizədən kənarlaşdıran "Səbail"dən revanşı almağa çalışacaq.

Misli Premyer Liqası
XXI tur
4 fevral (şənbə)

14:00. "Kəpəz" – "Qarabağ"
Gəncə şəhər stadionu

5 fevral (bazar)

16:00. "Zirə" – "Qəbələ"
Zirə İdman Kompleksinin stadionu

18:30. "Neftçi" – "Sumqayıt"
"Bakcell Arena"

6 fevral (bazar ertəsi)

14:00. "Şamaxı" – "Turan Tovuz"
Şamaxı şəhər stadionu

18:00. "Sabah" – "Səbail"
"Bank Respublika Arena"

N:

Komandalar

O

Q

H

M

T/F

X

1

Qarabağ

20

18

2

0

54-11

56

2

Sabah

20

15

4

1

45-13

49

3

Neftçi

20

13

2

5

36-21

41

4

Zirə

20

9

4

7

23-26

31

5

Qəbələ

20

7

5

8

22-23

26

6

Turan

20

4

5

11

14-27

17

7

Şamaxı

20

3

7

10

17-32

16

8

Sumqayıt

20

3

6

11

13-34

15

9

Səbail

20

3

4

13

15-32

13

10

Kəpəz

20

2

7

11

18-38

13

 

Bombardirlər: Ramil Şeydayev ("Qarabağ") - 15 qol, Musa Qurbanlı ("Qarabağ") - 14 qol, Coy Lens Mikels ("Sabah") - 11 qol

 

XƏYAL

 

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest