Futbol üzrə Avropa Liqasının 1/16 final mərhələsinin "Nant"la cavab oyunu "Yuventus"un yarımmüdafiəçisi Anxel di Mariya üçün əlamətdar olub. Matc.az xəbər verir ki, komandasının Fransa təmsilçisi üzərində 3:0 hesablı səfər qələbəsinə sevindiyi oyunda bütün qolları argentinalı vinger rəqib qapısından keçirib.
 
Bununla da "qoca sinyora"nın oyunçusu sözügedən turnirdə "Milan"ın formasını geyinən Zlatan İbrahimoviçdən sonra het-trikə imza atan ən yaşlı futbolçu kimi tarixə düşüb.  Di Mariya buna 35 yaş 9 günlüyündə nail olub. İbrahimoviç isə eyni uğura 35 yaş 136 günlüyündə imza atmışdı.
 
Di Mariya bu mövsümün əvvəlindən formasını geyindiyi "Yuventus"da 21 oyuna çıxıb və 7 qol vurub.
 
TURAN

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest