24 Fevral 2023, 19:38
AVROPA LİQASI
Avropa Liqasında pley-off mərhələsi çərçivəsində keçirilmiş oyunlardan sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, İtaliyanın "Yuventus" klubunun yarımmüdafiəçisi Anxel Di Mariya bu həftənin ən yaxşı oyunçusu seçilib.
Xatırladaq ki, argentinalı futbolçu Fransanın "Nant" komandasına səfərdə 3:0 hesabıyla qalib gəldikləri oyunda het-trikə imza atmışdı.
Həftənin ən yaxşı oyunçusu adına Anatoli Trubin ("Şaxtyor", Donetsk, Ukrayna), Yosip Yuranoviç ("Union Berlin", Almaniya) və Florian Virts ("Bayer", Almaniya) də namizəd idi.