Almaniyanın Qərb Regional Liqasında 25-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Dadaşovun formasını geyindiyi "Şalke"nin ikinci komandası da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Düren"lə qarşılaşıb. Futbolçumuzun komandası bu matçdan heç-heçə ilə ayrılıb - 2:2.
 
Dadaşov bu görüşün iştirakçısı olmayıb. Azərbaycanlı hücumçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
 
"Şalke"nin ikinci komandası hazırda 36 xalla 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest