PSJ Liqa 1-in 26-cı turunda "Nant"ı 4:2 hesabıyla məğlub edib. Matc.az xəbər verir ki, bu matç paytaxt təmsilçisinin hücumçusu Kilian Mbappe üçün əlamətdar olub.
 
24 yaşlı futbolçunun "Nant" ilə matçda vurduğu qol klubdakı 247-ci oyununda 201-ci olub.
 
Bununla da, o, PSJ-nin keçmiş futbolçusu Edinson Kavanini qabaqlayıb və klub tarixinin ən yaxşı bombardiri olub.
 
Kilian Mbappe cari mövsümdə Paris klubunun heyətində bütün turnirlər daxil olmaqla 30 qol vurub və 8 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest