Dieqo Simeone Madrid "Atletiko"sunda yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, argentinalı mütəxəssis Madrid klubunun sükanı arxasında 613-cü oyununa çıxıb.
 
"Atletiko" İspaniya La Liqasının 24-cü turu çərçivəsində "Sevilya"nı qəbul edib. Simeone bu matçda Luis Araqonesin rekordunu geridə qoyub. Komandası onun bu əlamətdar matçını 6:1 hesablı qələbə ilə yekunlaşdırıb.
 
Xatırladaq ki, o, 2011-ci ildən paytaxt klubunda işləyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest