Azərbaycan millisinin futbolçusu Mahir Emreli qış fasiləsində keçdiyi Türkiyənin "Konyaspor" klubunda rəsmi debüt edib. Matc.az xəbər verir ki, 26 yaşlı hücumçu Super Liqanın 24-cü turu çərçivəsində evdə "Girəsunspor"a qarşı keçirdikləri oyunda start heyətdə meydana çıxıb.
 
Xatırladaq ki, Emreli müqavilə ilə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna məxsusdur və "Konyaspor"a cari mövsümün sonunadək icarəyə verilib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest