"Millidə artıq oyun istiqamətini təyin etmişik, nəticələrimizlə uğurlu futbol oynamaq gücündə olduğumuzu göstərə bilmişik. Estoniyalılar inanılmaz komanda oyunçularıdır"

AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Estoniya yığmasının baş məşqçisi Tomas Heberli komandasının hazırlığından danışıb. Matc.az saytı xəbər verir ki, isveçrəli mütəxəssis turnirə hazır olduqlarını bildirib.
 
49 yaşlı mütəxəssis hətta hədəflərinin final mərhələsinə vəsiqə qazanmaq olduğunu iddia edib:
 
"Millidə artıq oyun istiqamətini təyin etmişik, nəticələrimizlə uğurlu futbol oynamaq gücündə olduğumuzu göstərə bilmişik. Estoniyalılar inanılmaz komanda oyunçularıdır. AVRO-2024-ün seçmə mərhələsində də sürpriz etmək istəyirik. Son bir neçə illə müqayisədə yaxşı və sabit inkişaf yolu keçmişik. AVRO-2024-ə vəsiqə qazanmaq çox çətin olar, ancaq böyük sensasiyaya qadirik. özümüzə, güclü tərəflərimizə inanırıq və bunu oyundan-oyundan hiss edirik".
 
Qeyd edək ki, seçmə mərhələnin F qrupunda Estoniya və Azərbaycanla yanaşı, Belçika, Avstriya və İsveç yığmaları da mübarizə aparacaq. Estonlar ilk oyunlarını martın 27-də səfərdə Avstriyaya qarşı keçirəcək.
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest