Azərbaycan millisinin sabiq futbolçusu Dmitri Nazarov Almaniya III Bundesliqasının 25-ci turunda Drezden "Dinamo"su ilə səfər oyunundan sonra hakimlər briqadasını sərt şəkildə tənqid edib. Matc.az saytı xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi 0:1 hesablı məğlubiyyətin günahını referilərdə görüb.

O, hakimlərin təkəbbürlü olduğunu bildirib: "Son vaxtlar hər şey məni dəli edir. Sənə nəsə deməyə icazə vermirlər, əsəblərimi sıxıram. İndi hakimlərlə danışa bilmirsən, çünki onlar çoxu təkəbbürlüdü. O qədər mübahisəli vəziyyətlər oldu. Hər epizoda penalti vermək məcburiyyətində deyil, amma son vəziyyət fərqli idi. Yenə də rəqabətə davamlı komandayıq, yolumuza davam edəcəyik".

Nazarov Almaniyada ən yaxşı hakim kimi Deniz Aytekinin adını çəkib: "Ən yaxşı hakim olan Deniz Aytekin futbolçularla danışır, rəy verir. Buna görə də heç kim onu narahat etmir. Amma digərləri deyir ki, mənimlə danışma. çox iyrənc vəziyyətdir. Federasiyanın bu qədər pulu var, bəlkə hakimlər üçün əlavə kurs keçə bilər".

Qeyd edək ki, "Aue" hazırda 30 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

XƏYAL

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest