"Liverpul"un futbolçusu Məhəmməd Salah yeni rekord müəyyənləşdirib. Matc.az xəbər verir ki, 31 yaşlı hücumçu buna "Mançester Yunayted"ə 7:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXVI tur oyununda iki qol vurmaqla nail olub.
 
Misirli forvard çempionatda Mersisayd təmsilçisində ən çox qol vuran oyunçu adına sahib çıxıb. Premyer Liqada 129 dəfə fərqlənən Salah 128 qol vurmuş Robbi Fauleri geridə qoyub. İlk "üçlüy"ü Stiven Cerrard (120) qapayır.
 
Oyundan sonra rekordu haqda danışam Salah bildirib ki,  bu, xüsusi hissdir: "Emosiyalarımı başqa cür təsvir edə bilmərəm. "Düşünürəm ki, ilk mövsümümdən sonra, Premyer Liqada 32 qol vuranda həmişə bu rekordu qırmağa çalışmışam".
 
TURAN
 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest