Azərbaycan Kubokunda yarımfinal mərhələsinin təqvimi bəlli olub. Matc.az xəbər verir ki, Peşəkar Futbol Liqası ilk və cavab oyunlarının vaxtlarını açıqlayıb.
 
İlk matçlar aprelin 18-19-da baş tutacaq. Əvvəlcə "Qəbələ" ilə "Səbail", ertəsi gün isə "Turan Tovuz"la "Neftçi" birincilərin meydanında üz-üzə gələcəklər.
 
Cavab qarşılaşmaları aprelin 26-27-nə təsadüf edəcək. Bu dəfə ilk olaraq "Neftçi" və "Turan Tovuz" münasibətlərinə aydınlıq gətirəcək. Bir gün sonra isə ikinci finalçı bilinəcək. Yarımfinalın cavab qarşılaşmaları Bakıda oynanılacaq.
 
Azərbaycan Kuboku
Yarımfinal, ilk oyunlar
 
18 aprel (çərşənbə axşamı)
 
18:00. "Qəbələ" – "Səbail"
Qəbələ şəhər stadionu
 
19 aprel (çərşənbə)
16:00. "Turan Tovuz" – "Neftçi"
Tovuz şəhər stadionu
 
Cavab oyunları
26 aprel (çərşənbə)
 
20:00. "Neftçi" – "Turan Tovuz"
"Bakcell Arena"
 
27 aprel (cümə axşamı)
 
20:00. "Səbail" – "Qəbələ"
"ASCO Arena"
 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest