"Qremio"nun yarımmüdafiəçisi Lukas Leyva karyerasını bitirib. Matc.az xəbər verir ki, ürəyində problemləri olan "Liverpul"un sabiq üzvünə futbol oynamaq qadağan edilib.
 
Bu üzdən də o, ötən gün karyerasını başa vurduğunu elan edib.
 
Leyva karyerasına məhz "Qremio" klubunda başlayıb. O, İngiltərənin "Liverpul" və İtaliyanın "Latsio" klublarının da formasını geyinib. ötən ilin yayında yenidən "Qremio"ya qayıdan futbolçu məhz səhhətinə görə karyerasını davam etdirə bilməyib. 36 yaşlı yarımmüdafiəçi Braziliya yığmasında da 24 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest