Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya ilə keçiriləcək oyunlarla bağlı fikilərini bölüşüb.

Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya ilə keçiriləcək oyunlarla bağlı fikilərini bölüşüb. Matc.az xəbər verir ki, almaniyalı çalışdırıcı yerli futbol assosiasiyasının rəsmi saytına açıqlamasında futbolçularına xəbərdarlıq edib.
 
64 yaşlı mütəxəssis hər iki komandaya qarşı ciddi hazırlaşdıqlarını söyləyib:
 
"Azarkeşlərə evdə əsl oyun atmosferi yaratmağa kömək etmək istəyirik. Azərbaycan və Estoniya təkcə ötürmə ilə məğlub edə biləcəyiniz komandalar deyil. Azərbaycana qalib gəlmək üçün Linzdə mümkün olan ən yaxşı çıxışa ehtiyacımız var. Eyni sözlər Estoniya ilə qarşılaşmaya da aiddi".
 
Qeyd edək ki, Avstriya – Azərbaycan oyunu martın 24-də Linzdəki "Raiffeisen Arena"da keçiriləcək. Avstriya yığması bundan 3 gün sonra eyni stadionda Estoniyanı qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest