İsveç yığmasının hücumçusu Aleksander İsak AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə keçirilən oyunu dəyərləndirib. Matc.az saytı xəbər verir ki, 23 yaşlı forvard 5:0 hesablı qələbədən sonra əhval-ruhiyyələrinin yüksək olduğunu söyləyib.
 
"Nyukasl"ın oyunçusu qarşılaşmada qol vura bilməməsinə də toxunub:
 
"Azərbaycanla oyunda qələbəmiz gözlənilən idi. Komandanın özünəinamı qaytarması üçün Azərbaycanla görüşdə qələbə vacib idi. Qol vurmaq üçün bir neçə şansım da oldu. Məncə, daha yaxşısını edə bilərdim".
 
Qeyd edək ki, Aleksandr İsak Azərbaycanla görüşdə 70 dəqiqə iştirak edib.
 
XƏYAL

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest