Kriştiano Ronaldodan sonra daha bir futbolçu karyerasını ərəb ölkələrindən birində davam etdirə bilər. Matc.az saytı xəbər verir ki, uzun illər "Real"da portuqaliyalı ilə çiyin-çiyinə çıxış etmiş Serxio Ramos Səudiyyə Ərəbistanından təklif alıb.
 
Hazırda PSJ-nin şərəfini qoruyan mərkəz müdafiəçisi "Əl-Hilal"ın maraq dairəsindədi. Klub rəhbərliyi 37 yaşlı oyunçuya ilk ilində 30 milyon avro maaş təklif edib. Sonrakı illərdə bu məbləğ 50 milyon avroya qədər artırıla bilər.
 
Ramosun hazırda Paris klubunda illik məvacibi 10 milyon avrodan azdı. Fransızlar mövsümün sonuna qədər olan müqavilə müddətini uzatmağı düşünürlər. Ancaq bunun üçün Ramos maaşının azaldılmasına razılıq verməlidi.
 
Qeyd edək ki, bu mövsüm Liqa 1-də 24 oyun keçirib.
 
XƏYAL

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest