O, fərqləndikdən sonra "Atletiko"nun baş məşqçisi Dieqo Simeone və "Yuventus"un hücumçusu Kriştianu Ronaldonun Çempionlar Liqasının 1/8 final matçlarındakı qeyri-etik hərəkətlərini təkrarlayıb
Xorvatiya futbolunda maraqlı hadisə baş verib. Matc.az saytının məlumatına görə, Split "Hayduk"unun U-19 komandasının futbolçusu Blaz Laus son oyunda qol sevincini qeyri-adi şəkildə qeyd edib.
Belə ki, o, fərqləndikdən sonra "Atletiko"nun baş məşqçisi Dieqo Simeone və "Yuventus"un hücumçusu Kriştianu Ronaldonun çempionlar Liqasının 1/8 final matçlarındakı qeyri-etik hərəkətlərini təkrarlayıb. Nəticədə baş hakim gənc oyunçunu qırmızı vərəqə ilə meydandan qovub.
Qeyd edək ki, Simeone bu davranışına görə cərimə olunmuşdusa, Ronaldoya da eyni şəkildə cəza alması gözlənilir.