Premyer Liqa təmsilçisi "Turan Tovuz"un sponsoru olan "Huner Group"un təsisçisi və direktoru Ehtiram Quliyev müraciətlə çıxış edib. Matc.az xəbər verir ki, iş adamı Tovuz təmsilçisinə yeni sponsorluq axtarışı üçün çağırış edib.

O, bu yolla "Turan Tovuz"u daha böyük kluba çevirmək istədiklərini sosial şəbəkə vasitəsilə bildirib:

"Dəyərli iş adamları və "Turan"daşlar!

Məlumunuzdur ki, bu ilin fevralında "Huner Group" olaraq ölkə idmanının, xüsusilə region futbolunun inkişafı üçün "Turan Tovuz" klubu ilə baş sponsorluq müqaviləsi imzaladıq. Əsas məqsədimiz ölkənin ilk müstəqil futbol klubunun inkişafında öz dəstəyimizi göstərmək idi. Uzun müddətdən sonra Premyer Liqaya vəsiqə qazanmış klub üçün bu, çox gərəkli idi. 2022-23 mövsümü başa çatmaq üzərədir. Artıq "Turan Tovuz"un Premyer Liqada qalması qətiləşib. önümüzdəki mövsüm daha güclü klub görmək istəyiriksə bu işdə bir olmalıyıq.

Əziz dostlar, sizi "Turan"ımıza dəstək olmağa çağırıram.

Klubun inkişafı üçün "Turan" bir neçə sponsorluq variantı hazırlayıb. Stadionun adı, akademiyanın adı, futbol formasında yazı və s. kimi müxtəlif sponsorluq anlaşmalarından birinə qoşulmaqla həm "Turan Tovuz"un inkişafına dəstək vermiş olacaqsınız, həm də yeni, çoxminlik paltformada reklam olunmaq şansı əldə edəcəksiniz. Vaxtilə həm də Avropa Liqasında oynamış klubumuzun şöhrətini geri qaytarmaq üçün bir olaq, "Turan"ımızın bayrağını yüksəklərə qaldıraq!
Sonda isə adı heç bir yerdə, heç bir reklamda keçməməsinə baxmayaraq, könlü, qəlbi daim "Turan"la döyünən, bir mövsüm böyunca klubu təmənnasız içməli suyla təmin edən "Mor-mor" suya dərin təşəkkürümü bildirirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest