23 İyun 2026, 22:16
FUTBOL
"Qarabağ" Avstriyadakı təlim-məşq toplanışına start verib və məşq prosesindən videoçarx yayımlayıb.
"Qarabağ" Avstriyadakı təlim-məşq toplanışına start verib və məşq prosesindən videoçarx yayımlayıb.
Matc.az xəbər verir ki, yayımlanan görüntülərdə əsas komandanın heyətində məşq edən Elvin Cəfərquliyev də yer alıb.
Ağdam təmsilçisi hazırlıq çərçivəsində üç yoxlama oyunu keçirəcək.
Komanda iyunun 27-də Avstriyanın Bundesliqa təmsilçisi VSG “Tirol” klubu ilə qarşılaşacaq (saat 19:00). Digər iki görüş isə iyulun 1-nə təyin olunub. Ukraynanın “Xarkov” komandası ilə oyun Bakı vaxtı ilə saat 15:00-da, Macarıstan təmsilçisi "Ferentsvaroş" ilə matç isə saat 20:00-da start götürəcək.













