Türkiyənin "Fatih Karagümrük" komandasının yeni baş məşqçisi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, Andrea Pirlonu istefaya göndərən Super Liqa təmsilçisini bundan sonra Alparslan Erdem çalışdıracaq.
 
Klubun mətbuat xidmətindən verilən məlumata görə, məşqçi kimi fəaliyyət göstərən Alparslan Erdem mövsümün qalan hissəsində əsas komandaya müvəqqəti olaraq baş məşqçilik edəcək.
 
Xatırladaq ki, İstanbul təmsilçisi bu mövsüm topladığı 44 xalla Super Liqada 9-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest