O, bu qollardan 38-nə Premyer Liqada imza atıb. Emin ölkə kubokunda 4, avrokuboklarda 8 dəfə rəqib qapısına yol tapıb.

Emin Mahmudov "Neftçi"də 50-ci qolunu vurub. Bu, Misli Premyer Liqasının 2022/23 mövsümünün son turunda gerçəkləşib. Matc.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi "Sabah"la qarşılaşmada komandasına qələbə qazandıran topun müəllifi olub – 1:0.
 
Mahmudov 2017/18 mövsümündən geyindiyi ağ-qara forma ilə 50-ci dəfə fərqlənib. O, bu qollardan 38-nə Premyer Liqada imza atıb. Emin ölkə kubokunda 4, avrokuboklarda 8 dəfə rəqib qapısına yol tapıb.
 
Yarımmüdafiəçi "Neftçi"nin heyətində 50 və daha çox qol vuran 17-ci futbolçu olub. 1937-ci ildə yaranan klubun 86 illik tarixində ona qədər 16 oyunçu bunu bacarıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest