06 İyun 2023, 13:50
FUTBOL
AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq Estoniya yığmasının heyəti açıqlanıb. Matc.az xəbər verir ki, baş məşqçi Tomas Heberli Azərbaycan və Belçika ilə keçiriləcək rəsmi görüşlərə 25 oyunçu çağırıb.
Qapıçılar: Karl Yakob Hein, Matvei İqonen, Karl Andre Vallner
Müdafiəçilər: Taijo Teniste, Karol Mets, Conas Tamm, Nikita Baranov, Marten Kuusk, Maykl Lilander, Rasmus Peetson, Marko Lukka, Edqar Tur
Yarımmüdafiəçilər və hücumçular: Konstantin Vassilyev, Henri Anier, Henrik Oyama, Rauno Sappinen, Mattias Kayt, Erik Sorqa, Martin Miller, Vlasi Sinyavski, Markus Pum, Georgi Tunyov, Rokko Robert Şeyn, Sten Reinkort, Martin Vetkal
Qeyd edək ki, Estoniya iyunun 17-də “Dalğa Arena”da millimizin qonağı olacaq, üç gün sonra Belçikanı qəbul edəcək.