78 ölkədən 537 (330 kişi, 207 qadın) idmançının qatılacağı yarışda Azərbaycan millisi də iştirak edəcək. Məşqçilər korpusu qonşu ölkədə 19 idmançıya şans verəcək.
Aprelin 5-də Antalyada cüdo üzrə Qran-pri turniri start götürəcək. Matc.az xəbər verir ki, 78 ölkədən 537 (330 kişi, 207 qadın) idmançının qatılacağı yarışda Azərbaycan millisi də iştirak edəcək. Məşqçilər korpusu qonşu ölkədə 19 idmançıya şans verəcək.
Belə ki, kişilərin yarışında Orxan Səfərov, Oruc Vəlizadə (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, İbrahim Əliyev (hər ikisi 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşanqi Kokauri, Rüstəm Kotsoyev (hər ikisi +100 kq), qadınların mübarizəsində isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Aleksandra-Larisa Florian (hər ikisi 52 kq), İçinxorlu Munxtsedev (57 kq) və İrina Kindzerska (+78 kq) qüvvəsini sınayacaq.