"ABŞ-la Avropada futbola yanaşma çox fərqlidi. MLS-də əsasən ən yüksək ödənişli futbolçular çıxış edir". Matc.az saytı xəbər verir ki, bu sözləri "Qarabağ"ın keçmiş futbolçusu Ansi Aqolli deyib.

Uzun illər Ağdam klubunun şərəfini qoruduqdan sonra ötən ay ABŞ klubu "Nyu York Kosmos"la müqavilə imzalayan albaniyalı müdafiəçi ölkəsinin mətbuatına müsahibə verib.

Aqolli ABŞ-la Avropa futbolu arasında böyük fərq olduğunu söyləyib: "Burda məşqlər çox əyləncəli keçir, hamı zarafatlaşır, deyib-gülür. ABŞ-dan fərqli Avropa futbolunda intizam çox önəmlidi və asanlıqla əsas heyətə düşəcəyini düşünə bilməzsən".

37 yaşlı cinah oyunçusu ABŞ-a köçməsinin səbəblərini də açıqlayıb: "Qarabağ"da 9 il keçirdikdən sonra ayrılıq qərarı mənim üçün çətin oldu. Ailəm bir neçə ildi ABŞ-da yaşayır. Həm bu amil, həm də karyeramı bitirdikdən sonrakı dönəm barədə düşünmək vaxtı gəlmişdi. Yəni düzgün qərar qəbul etməli idim. Bura gəlməyim futbol oynamağıma, ailəmlə vaxt keçirməyimə, həmçinin futbolçu karyeramdan sonrakı həyatıma hazırlaşmağıma kömək olacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest