"Mançester Yunayted" rəhbərliyi komandanın baş məşqçisi Erik ten Haqı yaxın vaxtlarda işdən çıxarmayacaq.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Qeyd olunur ki, onun namizədliyinə heç bir təhlükə yoxdur. Klubda vəziyyət stabil hesab olunur. Mançester təmsilçisi bütün yarışlarda keçirdiyi son 5 oyunun 4-də məğlub olub. Ten Haqın komandası "Bavariya"ya (3:4, çempionlar Liqası), "Brayton"a (1:3), "Arsenal"a (1:3) və "Tottenhem"ə (0:2, hamısı Premyer Liqada) məğlub olub .