AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında bir neçə kluba texniki məğlubiyyət verilib. Futzal üzrə Yüksək Liqada isə "Araz"la oyuna çıxmayan "Yasamal" MFK texniki məğlubiyyətlə üzləşib. Bu hal 3-cü dəfə təkrarlandığından, "Yasamal" MFK yarışlardan kənarlaşdırılıb.

AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında bir neçə kluba texniki məğlubiyyət verilib. Matc.az saytı xəbər verir ki, Kapital Bank U-14 Liqasının UGİM (Siyəzən) – Araz Bakı UFK matçında ikincilərin heyətində yetərsay olmadığından, komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Eyni hal Coca-Cola – 13 Liqasının "Məhsul" (Cəlilabad) – "Xəzər Lənkəran" və Yüksək Qızlar Liqasının "Veqa" (Bakı) – "Uğur" (Sumqayıt) görüşündə də yaşanıb. Bu dəfə "Xəzər Lənkəran" və "Veqa"nın meydana buraxmağa yetərli sayda oyunçusu olmayıb. Onlar da eyni cəzaya məruz qalıb.

Futzal üzrə Yüksək Liqada isə "Araz"la oyuna çıxmayan "Yasamal" MFK texniki məğlubiyyətlə üzləşib. Bu hal 3-cü dəfə təkrarlandığından, "Yasamal" MFK yarışlardan kənarlaşdırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest